Baş xəbərDünya

Mer vəzifəyə gəldikdən bir həftə sonra öldürüldü

Meksikanın Gerrero əyalətinin paytaxtı Çilpansinqo şəhərinin meri Alexandro Arkos vəzifəyə gəldikdən təxminən bir həftə sonra öldürülüb. Dövlət Prokurorluğu təxminən bir həftə əvvəl and içən Arkosla bağlı açıqlama verib.

Açıqlamada Arkosun hücum nəticəsində öldüyü bildirilsə də, hadisə ilə bağlı təfərrüatlar paylaşılmayıb.

İnstitusional İnqilab Partiyasının (PRI) lideri Alejandro Moreno X sosial media platformasındakı paylaşımında Arkosun qətlindən kədərləndiyini bildirib.

Eyni şəhər şurasının katibi Francisco Tapia-nın üç gün əvvəl öldürüldüyünü xatırladan Moreno, “Onlar cəmiyyət üçün tərəqqi üçün çalışan gənc və dürüst dövlət qulluqçuları idilər” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İyun ayında səmada nadir astronomik hadisələr müşahidə olunacaq

Aynur Camal

Cəmi 15 dəqiqə idman beyində mühüm dəyişiklik yaradır

Aynur Camal

Aİ: Rusiyanı qınamaq kifayət deyil, onun təxribatlarına qarşı mübarizə imkanlarımızı gücləndirməliyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu