Image default
Dünya

Polio peyvəndi verənlərə silahlı hücum!

Pakistanın Hayber Paxtunxva əyalətində peyvənd aparanlara silahlı hücum edilib. Hücum nəticəsində 2 polis əməkdaşı həyatını itirib. Pakistanın Hayber-Paxtunxva əyalətinin Orakzai bölgəsində poliomielit xəstəliyinə qarşı peyvənd edən qrupa silahlı hücum edilib. Hücumda peyvənd qrupunu qoruyan 2 polis, qarşıdurmada isə 3 təcavüzkar həyatını itirib. Hücum edənlərdən biri saxlanılıb.

Effektiv peyvənd kampaniyaları sayəsində bir çox ölkədə aradan qaldırılan və ya xeyli azalan poliomielit halları hazırda peyvənd əldə etmək imkanının məhdud olduğu Əfqanıstan və Pakistanda baş verməkdə davam edir. Pakistanda tibb işçilərinə qarşı tez-tez hücumlar peyvənd kampaniyalarını pozur.

Pakistan sentyabr ayında poliomielit əleyhinə peyvənd kampaniyasına başlayıb və 30 milyon uşağın peyvənd ediləcəyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

İran: ABŞ-ın son hücumlarında 30-dan çox mülki şəxs həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu