23 C
Baku
9 İyun 2025, 21:58
Baş xəbərSosial

A.Cəbrayıllı: “Həm içməli, həm də tullantı suları üzrə qəza briqadaları gecə-gündüz çalışacaqlar”

Bayram günlərində bəzən kəskin hava şəraiti, yaxud boru xətlərində baş verən qəzalar nəticəsində içməli suyun verilməsində də problemlər ola bilər.

Bu hal baş verdikdə vətəndaşlar vaxt itirmədən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb, ərazidə yaşanan vəziyyətlə bağlı məlumat verə bilərlər.
Qurumun mətbuat katibi Anar Cəbrayıllı Bugun.tv-yə bildirib ki, bayram günlərində “Azərsu” da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. “Həm içməli, həm də tullantı su üzrə qəza briqadaları gecə-gündüz çalışacaqlar. Vətəndaşlar 955 saylı zəng mərkəzimizlə 24 saat əlaqə yarada bilərlər. Baş verən qəzaların tez bir zamanda aradan qalxması üçün onlara xidmət göstəriləcək. Problemlə rastlaşan vətəndaşlar qurumun facebook rəsmi səhifəsi ilə yanaşı, onlayn çat və vatsap üzərindən müraciət edə bilərlər”,- qurumun rəsmisi bildirib.

Bugün TV

Oxşar xəbərlər

Estoniyada eynicinsli cütlüklərin evlənməsi ilə bağlı qərar qüvvəyə mindi

Aynur Camal

Üzüm yarpaqlarının faydaları nədir və onlardan nə hazırlana bilər: 3 resept

Aynur Camal

Prezident nazir Keri Makkartini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu