Baş xəbərSosial

A.Cəbrayıllı: “Həm içməli, həm də tullantı suları üzrə qəza briqadaları gecə-gündüz çalışacaqlar”

Bayram günlərində bəzən kəskin hava şəraiti, yaxud boru xətlərində baş verən qəzalar nəticəsində içməli suyun verilməsində də problemlər ola bilər.

Bu hal baş verdikdə vətəndaşlar vaxt itirmədən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb, ərazidə yaşanan vəziyyətlə bağlı məlumat verə bilərlər.
Qurumun mətbuat katibi Anar Cəbrayıllı Bugun.tv-yə bildirib ki, bayram günlərində “Azərsu” da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. “Həm içməli, həm də tullantı su üzrə qəza briqadaları gecə-gündüz çalışacaqlar. Vətəndaşlar 955 saylı zəng mərkəzimizlə 24 saat əlaqə yarada bilərlər. Baş verən qəzaların tez bir zamanda aradan qalxması üçün onlara xidmət göstəriləcək. Problemlə rastlaşan vətəndaşlar qurumun facebook rəsmi səhifəsi ilə yanaşı, onlayn çat və vatsap üzərindən müraciət edə bilərlər”,- qurumun rəsmisi bildirib.

Bugün TV

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

TƏBİB-də əməkhaqqı islahatları tibbi xidmətlərin keyfiyyətinə necə təsir edəcək?

Aynur Camal

Ankarada Türk Dövlətləri Autizm Federasiyasının növbəti tədbiri keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu