Image default
Siyasət

A.Nağıyev: “Şuşa-Xankəndi yolunda QHT-lərin keçirdikləri aksiya dinc şəraitdə, silahsız keçirilib”

10 Noyabr bəyanatının müddəalarına  uyğun olaraq bölgədə sülhü bərqərar etmək niyyətiylə artıq 2 ildir ki, Qarabağda  yerləşən Rusiya sülhməramlılarından son zamanlar etdikləri onların məramına uyğun gəlmir. Bölgədə sülhü bərqərar etmək yerinə vəziyyəti daha da gərginləşdirən kontingentlə  yerli QHT-lərimiz arasında qarşıdurma yaranıb.

Bugun.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı  Mübarizə  Komitəsinin üzvü Arzu Nağıyev bölgədəki gərginliyə münasibət bildirərkən deyib.

“Rusiya sülhməramlı qüvvələrinin bölgədəki “fəaliyyəti” onların mandatına uyğun gəlmir. Onlar yerli qurumların nümayəndələrinin keçirdiyi monitorinqlərə maneçilik törədərək qarşıdurmanın yaranmasına səbəb olublar.  Şuşa-Xankəndi yolunda QHT-lərin keçirdikləri aksiya dinc şəraitdə, silahsız keçirilib. Düşünürəm ki, belə bir şəraiətdə sülhməramlıların gərginlik yaratmasına heç bir əsas yox idi”.

 

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada ikinci paytaxtın yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi

Aynur Camal

Siyasi ekspert: Ukrayna ordusundakı daxili ziddiyyətlər müharibənin gedişinə mənfi təsir göstərə bilər

Aynur Camal

İki qayığın batması nəticəsində 500-dən çox rohincanın həlak olduğu ehtimal edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu