17 C
Baku
10 İyun 2025, 9:22
Mədəniyyət

A.Qasımov: “Bir dəfə oxumaqla elə bilirlər ki, hər şeyi bilirlər”-ÖZƏL+FOTO

“Mən yalandan deyə bilmərəm ki, indi istedadlı müğənni, xanəndə yoxdur. Əlbəttə ki, var. Azərbaycan torpağı hər zaman istedadlar yetişdirib. Sadəcə olaraq, indiki müğənnilərdə, xanəndələrdə öyrənmək həvəsi yoxdur. Öz üzərlərində işləmirlər. Bir dəfə oxumaqla elə bilirlər ki, hər şeyi bilirlər”.

Bu sözləri Xalq artisti Alim Qasımov  Bugun.tv-yə özəl müsahibəsində deyib.

“Səs elə bir şeydir ki, hər yaşda bir başqa olur. O xanəndələrə deyirəm ki, gedin çoxlu muğamlar oxuyub, lentə yazdırın. Mən özüm o vaxt Hacıbaba Hüseynovdan muğam sənətinin sirlərini öyrənmişəm. O vaxt pedaqoq çox az idi. Mən gizlincə Hacıbaba müəllimin səsini diktafona yazıb, evdə qulaq asırdım. Bir dəfə bunu gördü, hər şeyi ona danışdım”,- deyə sənətkar bildirib.

Oxşar xəbərlər

Nazir bir neçə muzeyə baş çəkib

Aynur Camal

“Hekayəti-xırs-quldurbasan” əsəri tamaşaçıları ilə görüşdü

Aynur Camal

Komitə sədri rəssamlarla görüşdü

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu