MüsahibəSosial

“Tez-tez kökəlib arıqlamaq orqanizm üçün təhlükədir”– DİYETOLOQ MƏSLƏHƏTİ

Sabit olmayan çəki indiki dövrdə aktual məsələdir. İnsanların bir çoxu bundan əziyyət çəkir.

Bugun.tv-yə müsahibə verən diyetoloq Məshəti Hüseynova deyir ki, bir çox hallarda saxlanılan pəhrizlər, monoton dietlər vasitəsilə arıqlayan insanlarda çox böyük fəsadlar yaranır.

“Bəzən insanlar az bir zamanda tez çəki itirmək istəyirlər. Belə hallarda ya monoton dietlərə başlayır, ya da karbohidratı tamamən qida rasionundan çıxardırlar. Bu zaman həm faydalı, həm də zərərli karbohidrat rasiyondan çıxmış olur. Bu isə orqanizmdə vitamin və kimyəvi element çatışmazlığı yaradır. Bu da ilk olaraq özünü saç tökülməsi, dırnaq qırılması, dəridə quruluq, ağızda və cinsi bölgələrdə yaralarla müşahidə olunsa da, gələcəkdə daxili orqanların funksiyasının pozulmasına, sümüklərin əriməsinə gətirib çıxarır”,-dietoloq bildirdi.

Onun sözlərinə görə, ümumiyyətlə, insanın bədən çəkisi normal olmalıdır. Arıqlayıb kökəlmə baş verəcəksə, bu da təbii yolla olmalıdır. Belə olan halda, insan orqanizmi zərər görmür. Ancaq birdən-birə kökəlmə daxili orqanların yüklənməsinə və eyni zamanda, piylənməsinə səbəb olur. Xüsusilə, az zamanda tez çəki almaq insan orqanizmində abdominal bölgəyə hərəkətsiz piylərin yığılması ilə nəticələnir. Ən vacib orqanlar qarın boşluğunda yerləşdiyi üçün yığılan piy qatı həmin orqanların funksiyalarını zəiflədir.

Diyetoloq M.Hüseynova bildirir ki, bu hal gənc orqanizmdə gələcəkdə sonsuzluğa və ya xəstə uşaqların doğulmasına səbəb olur. Ümumiyyətlə, hər bir insan sağlam olmaq üçün gündəlik qidalanmanı həyat vərdişinə çevirməlidir. İnsan mütləq şəkildə kilo verəcəksə, aldığı artıq çəkini neçə ilə yığıbsa bunu qısa vaxtda kəskin surətdə atmamalıdır. Qidalanmaya diqqət etməlidir ki, birdən-birə həddindən artıq kilo almasın.

“Bu qidalanma ilə deyil. Az və ya qeyri-düzgün qidalanmada belə, əgər qısa zamanda çox çəki alırsa, o insan xəstəliyinin olub-olmamasını yoxlamalıdır. Çünki maddələr mübadiləsində problem ola bilər. Bizim normal bədən çəkimizdə yağ qatlarının olmaması, əzələnin normal şəkildə formalaşması üçün hər gün 40-70-ə qədər makro və mikro elementi qəbul etməliyik. Bunlar da mütləq şəkildə qida vasitəsi ilə alınmalıdır. Gün ərzində mütləq şəkildə su qəbul olunmalıdır. Su orqanizmin maye balansını təmin edir. Əgər yetəri miqdarda su qəbul etmiriksə, bu zaman yediyimiz qidaların tərkibindəki, xüsusilə də, şəkər düzgün şəkildə parçalanmır, enerjiyə çevrilmir və organizmdə yağ şəklində toplanır. Bu da kökəlməyə səbəb olur. Bundan başqa  orqanizmdə yığılan toksinlər xaric olmadığı üçün maddələr mübadiləsi, həzm sistemi pozulur və belə halda kiloya nəzarət çətinləşir”.

Həddindən artıq çox kilo aldıqda insanlarda dadalma, doyma hissi, hormon balansı pozulur. İnsanlar yediyi yeməklərdə doyumluluğu hiss edə bilmədikləri üçün sağlam  yox, alışqanlıq yaradan qidaları qəbul edirlər. Bu da həddindən artıq kilo almağa səbəb olur. Belə hallar hüceyrənin funksiyasını pozur, xərçəng xəstəliyinə tutulmaq riskini artırır. Qadınlarda döş, yumurtalıq, bağırsaq, kişilərdə prostat və digər xərçənglərin əmələ gəlməsinə səbəb olur.

“Mütləq şəkildə metabolezmanın, maddələr mübadiləsinin normal olmasına diqqət etməliyik. Burda əsas məsələ qəbul etdiyimiz qidalarda mütləq şəkildə balansı qorumaq və ev üsulu yeməklərlə qidalanmaqdır. Mənşəyi bəlli olmayan, hər hansı restoran, kafelərdə yediklərimizə diqqət etməliyik. Çünki onların əksəriyyətində həddindən artıq şəkər, un istifadə olunur ki, bu da orqanizmdə karbohidratın miqdarını artırır. Mütləq şəkildə gün ərzində lifli qidaların qəbuluna diqqət etməliyik. Onlar bağırsaq hərəkətliliyini təmin etdiyi üçün orqanizmdə immun sisteminin güclənməsinə səbəb olur. Bağırsaqların probitotiklərlə canlı mikroorqanizmlərlə zəngin olması üçün gün ərzində 1 stəkan ev üsulu qatıq tükətməliyik. Bu sağlamlıq və kilonu normada saxlamaq üçün ən önəmli qaydalardan biridir. Bütün bunlarla yanaşı mütləq şəkildə fiziki aktivliyimizi unutmamalıyıq”,- diyetoloq deyib.

Aktivsizlik orqanların funksiyasına da təsir edir. Onurğa sütununun düzgün formalaşmamasına, qamətin əyilməsinə, mərkəzi beyin sisteminin işləməməsinə gətirib çıxardır.

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Səfir Ferqus Old həlak olanların yas mərasimində iştirak edib

Aynur Camal

Baş nazir qida təhlükəsizliyi xidmətlərinə görə ödənişlərin məbləğini təsdiqləyib

Aynur Camal

“Əlil Qadınlar Cəmiyyəti”i dövlət qurumlarının qatıldığı dəyirmi masada 6 aylıq hesabatını açıqlayıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu