10 C
Baku
16 Aprel 2025, 2:26
Baş xəbərDünya

AB və ABŞ arasında “sürətli danışıqlara” çağırış edildi

Litva prezidenti Gitanas Nauseda Aİ və ABŞ arasında mümkün ticarət müharibəsinin “sürətli danışıqlar” yolu ilə həll edilməsinə çağırıb. Nauseda tariflərin tətbiqindən sonra AB ilə ABŞ arasında ticarət müharibəsinin qalibi olmayacağını bəyan edib. Litva Prezidenti Gitanas Nauseda ABŞ-ın polad və alüminium tariflərinə görə ticarət sektorunda yarana biləcək qlobal problemlər və buna cavab olaraq Aİ-nin planlaşdırdığı tədbirlərlə bağlı açıqlama verib.

Nauseda, keçmişdə müxtəlif ölkələr arasında ticarət müharibələrinin, iqtisadi sanksiyaların və tariflərin hər iki tərəf üçün hər zaman itkilərlə nəticələndiyini və uzunmüddətli perspektivdə heç kimin faydalanmadığını vurğulayıb.

Bu işdə qalibin olmayacağını müdafiə edən Nauseda, “Əgər buna iqtisadi müharibə demək olarsa, ümid edirəm ki, itkiləri minimuma endirməyə yönəlmiş sürətli danışıqlarla başa çatacaq” deyib.

ABŞ-ın Aİ-dən polad və alüminium idxalına 25 faizlik tarifləri martın 12-də qüvvəyə minib. Aİ də həmin gün ABŞ-a qarşı 26 milyard avro dəyərində əks tədbirlər tətbiq edəcəyini açıqlayıb. Martın 20-də etdiyi çıxışda AB-nin ticarət üzrə komissarı Maros Şefçoviç 1 və 13 aprel tarixlərində iki mərhələdə qüvvəyə minməsi planlaşdırılan AB gömrük rüsumlarının danışıqlara vaxt verilməsi üçün aprelin ortalarına qədər təxirə salındığını açıqlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

HƏMAS-dan Qəzzada atəşkəslə bağlı açıqlama

Aynur Camal

Midibüs və minik avtomobili toqquşdu: 1 nəfər öldü, 4 nəfər yaralandı

İntizar Əmirova

Danimarka “F-16”ların Ukraynaya göndərilməsini bir neçə aylığa təxirə saldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu