Rusiya Müdafiə Nazirliyi dünən Səudiyyə Ərəbistanında ABŞ-la danışıqlar zamanı Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücum etdiyini bildirib.
Nazirlikdən verilən yazılı açıqlamada Ukraynanın dünən pilotsuz uçuş aparatı (PUA) ilə Krasnodarda elektrik infrastrukturuna hücum təşkil etdiyi bildirilib.
Açıqlamada hücuma görə elektrik kəsilməsinin yaşandığı və Luqansk bölgəsində təbii qaz paylama stansiyasına da İHA hücumu edildiyi qeyd edilib.
ƏRRİYADDA DANIŞAQLAR KEÇİRİLDİ
Sözügedən hücumların dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya arasında aparılan danışıqlar zamanı həyata keçirildiyi vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi dünən enerji infrastrukturuna müxtəlif hücumların edildiyini açıqlayıb.
Martın 18-də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra tərəflərin enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi bildirilib.
Mənbə: Ahaber