Image default
DünyaSiyasət

ABD NATO-da hərbi xərcləri azaltmağa hazırlaşır – Avropada narahatlıq artır

Bugun.tv xəbər verir ki, Alman mətbuatına istinadən yayılan məlumatlara görə, ABŞ-ın NATO-ya ayırdığı hərbi və maliyyə dəstəyini azaltmaq planı Avropa ölkələrində ciddi narahatlıq yaradıb.

“Ensonhaber”in yaydığı xəbərdə qeyd olunur ki, Brüsseldə NATO qərargahında keçirilən qapalı toplantıda ABŞ nümayəndələri Avropalı müttəfiqlərə mümkün ixtisarlar barədə məlumat veriblər. Bildirilib ki, bu planın miqyası Avropa rəsmilərini təəccübləndirib.

Məlumata görə, ABŞ tərəfi NATO-ya ayrılan bəzi resursların azaldılmasını, o cümlədən hərbi texnika, pilotsuz uçuş aparatları, döyüş təyyarələri və digər strateji vasitələr üzrə dəstəyi azaltmağı nəzərdən keçirir.

Eyni zamanda Vaşinqtonun Avropadakı nüvə çəkindirici qüvvəni saxlayacağı, lakin qitə ölkələrinin artıq təhlükəsizlik məsuliyyətini daha çox öz üzərinə götürməli olacağı bildirilib.

Analitiklər bu addımın NATO daxilində güc balansını dəyişə biləcəyini və Avropanın müdafiə strategiyalarında ciddi dəyişikliklərə səbəb ola biləcəyini qeyd edirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

İranın yeni Ali Rəhbərinin görünməməsi İslam Respublikasının yükünə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu