25 C
Baku
27 İyul 2024, 7:11
Texnologiya

ABŞ Ayda dəmir yolu tikmək istəyir

Bugun.tv xəbər verir ki, Aerokosmik şirkət Northrop Grumman, Ayda dəmir yolu sisteminin qurulması üçün DARPA (Defence Advanced Research Projects Agency) ilə müqavilə imzaladığını açıqlayıb. Dəmir yolu sistemi Ayın tədqiqi və kolonizasiyası üçün lazım olan material və avadanlıqların daşınmasında istifadə olunacaq.

Ayda qatar idarə etmək real görünməsə də, mütəxəssislər bunu gerçəkləşdirməyin mümkün olduğunu deyirlər. Qeyd edək ki, əksəriyyət bu planetin kiçik olduğunu düşünsə də, əslində onun həcmi, Afrikanın səthinə bərabərdir. Belə geniş bir ərazidə nəqliyyat sisteminin olması mütləqdir.

Ayın ən böyük problemlərindən biri də tozdur. Onun skafandrlara və avadanlıqlara yapışması bu vasitələri çirkləndirməklə yanaşı, istismar müddətini də qısaldır. Qatarla səyahət isə bir yerdən digərinə köçdükdə insanlarla toz arasında əlaqəni azalda bilər.

Hazırda Northrop Grumman, Ay dəmir yolu şəbəkəsini qurmaq üçün lazım olan interfeysləri və resursları müəyyənləşdirir. Xərclərin, texnoloji və logistik risklərin siyahısı hazırlanır. Layihəyə əsasən, qatarın dizaynı, dəmir yolunun necə tikiləcəyi, relslərin çəkilməsi, texniki qulluq və təmir kimi problemlərin həlli yolları araşdırılacaq.

Teymur Əziz

Oxşar xəbərlər

Instagram-a yeni funksiya: Hekayələr 7 gün ərzində silinməyəcək

Teymur Əziz

ABŞ modernləşdirilmiş T-80BVM-nin üstünlüklərini qeyd etdi

Aynur Camal

Ötən ilin ən yaxşı Android telefonları açıqlandı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu