20 C
Baku
11 Oktyabr 2024, 9:25
Baş xəbərDünya

ABŞ: Biz gərginliyin hər hansı bir artmasını görmək istəmirik

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi Livanda Hizbullahı hədəf alan ard-arda törədilən partlayışlarla bağlı “Gərginliyin hər hansı bir yüksəlişini görmək istəmirik” deyib və ABŞ-ın partlayışlarla heç bir əlaqəsi olmadığını da vurğulayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ağ Evdə keçirilən gündəlik mətbuat konfransında danışıb.

“GƏRGİNLİYİN ARTMAĞLNI GÖRMƏK İSTƏMİRİK”

Kirbi, İsrailin məsuliyyət daşıdığı Livanda iki günlük partlayışlardan sonra münaqişənin bütün tərəflərini regional gərginliyin artmasına qarşı xəbərdar etdi.

“Biz gərginliyin artmasını görmək istəmirik. Biz həll yolunun əlavə hərbi əməliyyatlar olduğuna inanmırıq”, – Kirbi bildirib. Kirbi həmçinin ABŞ-ın peycer və radio partlayışları ilə heç bir əlaqəsi olmadığını ifadə edərək, “Bizim dünənki hadisələrə və ya bugünkü hadisələrə heç bir şəkildə qarışmamışıq” deyib.

Hizbullahı hədəf alan partlayışların İsrail və HƏMAS arasında davam edən atəşkəs danışıqlarına zərər verib-verməyəcəyi sualına Kirbi bunu söyləmək üçün hələ tez olduğunu bildirib.

Yaxın Şərqdə hərtərəfli qarşıdurmanın qaçılmaz olub-olmaması ilə bağlı suala Kirbi, “Bu bölgəyə gəldikdə heç nə qaçılmaz deyil” deyib.

Mənbə: İhlas Xəbər Agentliyi (İHA)

Aynur Camal

Oxşar xəbərlər

Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

Bugün TV

Alimlər immuniteti gücləndirən virus aşkarladılar

İntizar Əmirova

Tanker qəzası baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu