25 C
Baku
23 İyun 2025, 13:22
Dünya

ABŞ Böyük Britaniya və Fransaya Fələstin dövlətini tanımamaq barədə xəbərdarlıq etdi

İşğal mediasının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının bu ay 17-20 iyun tarixlərində Nyu-Yorkda keçirilməsi planlaşdırılan konfransı öncəsi ABŞ Fransa və İngiltərəyə Fələstin dövlətini tanımamaq üçün açıq şəkildə xəbərdarlıq edib.

İşğalın rəsmi yayımı olan KAN-ın məlumatına görə, Vaşinqton Fransa və İngiltərəyə birbaşa mesajlar göndərərək, bu konfrans zamanı Fələstini dövlət kimi tanıyacaqları təqdirdə açıq təhdidlərlə xəbərdarlıq edib. Bu konfrans iki dövlətli həll prosesini canlandırmaq məqsədi ilə Səudiyyə Ərəbistanı və Fransanın təşəbbüsü ilə təşkil olunur.

Amerikanın bu addımı xüsusilə Fransa və İngiltərənin bu istiqamətdə addımların atıla biləcəyi ilə bağlı bəyanatlarından sonra atılıb. Fransa prezidenti Emmanuel Makron Sinqapura səfəri zamanı bildirib ki, Fələstini tanımaq “mənəvi borc və siyasi öhdəlikdir”. Bununla belə, Makron bu tanınmanın müəyyən şərtlərə tabe olduğunu da vurğulayıb. Makron bu şərtləri “Fələstinin işğal rejimini tanıması, HƏMAS-ı tərksilah edib hökumətdən çıxarması və məhbusları azad etməsi” kimi irəli sürmüşdü.

Makron daha əvvəl 17-20 iyun tarixlərində Səudiyyə Ərəbistanı ilə Qəzza ilə bağlı konfrans keçirəcəyini açıqlamışdı. Konfransın məqsədi Fələstin dövlətinin tanınmasına yeni təkan verməkdir. Eyni zamanda Britaniyanın “The Guardian” qəzeti İngiltərədəki Leyboristlər Partiyasının bəzi üzvlərinin lider Keir Starmeri Fransanın təşəbbüsünü dəstəkləməyə inandırmağa çalışdığını yazıb.

İndiyədək Avropa Birliyinə üzv olan 9 ölkə Fələstini dövlət kimi tanıyıb. Bunlara İsveç, Polşa, Rumıniya və Macarıstan daxildir. Fələstin 2012-ci ilin noyabrından BMT-də “üzv olmayan müşahidəçi dövlət” statusuna malikdir.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Kreml Putin və Tramp arasında telefon danışığı xəbərini təkzib edib

Aynur Camal

UNICEF-in Haiti hesabatı: 1,2 milyon uşaq silahlı zorakılıq təhlükəsi altında yaşayır

Aynur Camal

Türkiyə hava məkanını bu şəhərə bağladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu