Hadisə

ABŞ-də güclü fırtına və sel: 10 mindən çox sakin işıqsız qaldı

Bugun.tv xəbər verir ki, ABŞ-nin New Jersey ştatı və New York şəhərində baş verən güclü yağış, sel və fırtına ciddi problemlərə səbəb olub.

Məlumatına görə, təbii fəlakət nəticəsində 10 mindən çox insan elektrik enerjisiz qalıb.

Xüsusilə Nyu-Yorkun Bruklin və Kvins bölgələrində şiddətli yağışlar küçələrin su altında qalmasına səbəb olub. Sel nəticəsində bəzi sürücülər avtomobillərində köməksiz vəziyyətdə qalıb və öz imkanları ilə xilas olmağa çalışıblar.

Şəhər rəsmiləri bildiriblər ki, yağan intensiv yağış kanalizasiya sisteminin gücünü aşdığı üçün suyun axıdılması mümkün olmayıb. Bölgədə fövqəladə xidmət orqanları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Meteoroloqlar yaxın saatlarda hava şəraitinin daha da pisləşə biləcəyini istisna etmirlər və sakinlərə zəruri olmadıqca evdən çıxmamaq tövsiyə olunub.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Çində güclü yağışlar faciəyə səbəb oldu – onlarla insan həyatını itirib

Aynur Camal

Ananın diqqəti faciənin qarşısını aldı

Aynur Camal

Dəhşətli vulkan: 3 alpinist öldü, 10 nəfər itkin düşüb- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu