10 C
Baku
8 Noyabr 2024, 11:57
Baş xəbərDünya

ABŞ-dən Rusiya Federasiyasına xəbərdarlıq

Bugün.tv TASS-a istinadən xəbər verir ki,  Ağ Ev qeyd edib ki, Rusiya Federasiyasının nüvə silahı ilə bağlı bəyanatları ABŞ-ı Kiyevə yardım göstərməkdən çəkindirməyəcək.

 “ABŞ hakimiyyəti “çox sərt şəkildə” Moskvaya bildirib ki, Rusiya Federasiyasının nüvə silahından istifadəsinin nəticələri fəlakətli nəticələrə səbəb olacaq, Vaşinqton qəti cavab verəcək” – bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS televiziyasına müsahibəsində deyib.

 “Rusiya prezidenti Vladimir Putinin bu münaqişə zamanı artıq ilk dəfə deyil ki, nüvə təhdidləri edir. Və biz bunu ciddi qəbul edirik.   Biz Rusiya tərəfi ilə bu danışıqları məxfi saxlayırıq, lakin onlar bu qaranlıq yola davam etsələr, nə ilə qarşılaşacaqlarını anlayırlar” deyə Baydenin köməkçisi bildirib.

Xatırladaq ki, Sentyabrın 21-də Vladimir Putin ölkədə qismən səfərbərliyin aparılması haqqında fərman imzalayıb. Ruslara müraciətində o qeyd edib ki, Rusiya öz ərazi bütövlüyünü və xalqını qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə hazırdır.

Aynur Camal

Oxşar xəbərlər

5 mərtəbəli binada yanğın oldu

Bugün TV

Dəməşq yaxınlığında İsraildən hücum: Müdafiə Nazirliyi açıqladı!

Aynur Camal

Gənclərin seçimi YAP-ın adıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu