Dünya

ABŞ-da böyüyən Qəzza etirazları Avropaya yayıldı!

 ABŞ-da propan və benzinlə yüklənmiş qatar relsdən çıxdı! Bölgə od topuna çevrildi

ABŞ-ın Arizona ştatında benzin və propanla yüklənmiş qatar relsdən çıxaraq aşıb. Qatardan alov qalxarkən, bölgədəki magistral yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb. ABŞ-ın Arizona ştatının Lupton şəhəri yaxınlığında benzin və propan daşıyan yük qatarı relsdən çıxaraq alovlanıb. Əraziyə polis və yanğınsöndürənlər göndərilib.

Nyu Meksiko Ştat Polisi və Arizona İctimai Təhlükəsizlik Departamenti Interstate 40-ın hər iki istiqamətdə nəqliyyat üçün bağlandığını və magistral yoldakı sürücülərin alternativ yollara yönəldildiyini açıqladı.

BNSF Railway şirkəti dağıntıların təmizlənməsi işlərinin davam etdiyini, xəsarət alanların olmadığını, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Yəmənin cənubunda bomba yüklü avtomobilin hücumu nəticəsində 14 əsgər həlak olub

İntizar Əmirova

6,2 maqnitudalı zəlzələ qeydə alınıb

Aynur Camal

İlon Mask Medvedevin Twitterdəki qalmaqallı bəyanatı silmədi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu