8 C
Baku
22 Dekabr 2024, 9:56
Digər

ABŞ-da fələstinli qaçqınlara ayrılacaq 75 milyon dollarlıq fondun müzakirəsi gedir

Bugun.tv xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bəzi respublikaçı millət vəkilləri tərəfindən bloklanan 75 milyon dollarlıq fondun fələstinli qaçqınlara çatdırılması üçün Konqreslə danışıqları davam etdirdiklərini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü fələstinli qaçqınlara ərzaq yardımı üçün ayrılan fond pulunu Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlar Agentliyinə (UNRWA) çatdırılması üçün ABŞ Konqresi ilə əlaqə saxladıqlarını bildirib.

“Dövlət Departamenti həssas fələstinlilərə ərzaq yardımını davam etdirməyi hədəfləyən 2023-cü maliyyə ili üçün Təxsisatlar Aktına əməl etməyə razılıq verdi. Artan qida və nəqliyyat xərclərinə cavab olaraq Qərb Şəriyə və Qəzzaya təqdim olunan vəsaitlə bağlı konqreslə danışıqları davam etdirir”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, 1949-cu ildə BMT Baş Assambleyası tərəfindən İordaniya, Suriya, Livan, İordan çayının qərb sahili və Qəzzada fələstinli qaçqınlara yardım etmək üçün yaradılan UNRWA 5,6 milyon fələstinli qaçqına xidmət edir.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Vətəndaşların nəzərinə

Kəmalə Sultan

105 kilometr uzunluğunda tunel qurulacaq

Teymur Əziz

Günəşdə güclü parlama baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu