Baş xəbərHadisə

ABŞ-da hava şousu zamanı 2 təyyarə toqquşdu, 2 pilot öldü

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nevada ştatında keçirilən hava şousunda iki təyyarənin toqquşması nəticəsində iki pilot həyatını itirib.

Hadisə Nevada ştatının Reno şəhərində keçirilən “Reno Air Races” tədbiri zamanı baş verib. Reno Hava Yarışı Dərnəyindən verilən açıqlamada, bağlanış şousu zamanı iki təyyarənin havada toqquşduğu bildirilib.

Açıqlamada toqquşma nəticəsində hər iki təyyarənin pilotlarının həyatını itirdiyi, hadisə nəticəsində xəsarət alan olmadığı qeyd edilib.

Səlahiyyətlilər qəzanın səbəbini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Bugün TV

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Evdə keçirilən məclisə silahlı hücum: 11 ölü

Aynur Camal

Güclü tayfun yaxınlaşır: daşqın və sürüşmə təhlükəsi artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu