Dünya

ABŞ-da havaya qalxan zaman təyyarənin mühərrik qapağı çıxıb və qanad qapağına dəyib

Bugun.tv xəbər verir ki, ABŞ-ın Denver şəhərindən Hyustona uçan sərnişin təyyarəsinin mühərrik qapağı havaya qalxarkən yerindən çıxıb və qanad qapağına dəyib.

Federal Aviasiya İdarəsi (FAA) “Boeing 737-800” model sərnişin təyyarəsində baş verən insidentlə bağlı açıqlama verib. Bildirilib ki, hadisədən sonra təyyarə təhlükəsiz şəkildə Denverə enib və Hyuston sərnişinləri başqa təyyarəyə mindirilib.

Uçuş aprelin 4-də Texasdan havaya qalxmalı olan eyni modelli başqa bir təyyarənin mühərrikində baş verən yanğın səbəbindən təxirə salınıb.

Sözügedən hadisələrlə bağlı araşdırmalar davam edir.

Bugün TV

Oxşar xəbərlər

Dron hücumu nəticəsində 2 nəfər ölüb, 32 nəfər yaralanıb

Aynur Camal

Rusiya Britaniyanın yeni sanksiyalarını düşmənçilik addımı adlandırdı

Aynur Camal

Məkkəyə icazəsiz daxil olmağa çalışan 5 zəvvar saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu