19 C
Baku
11 Oktyabr 2024, 8:56
Baş xəbərDünya

ABŞ-da “Helene” qasırğası nəticəsində ölənlərin sayı 90-ı ötdü

Ötən həftə 4-cü kateqoriya ilə Florida ştatının sahil zolağına çatan “Helene” qasırğasının yaratdığı fəlakətlər nəticəsində ölkənin cənub-şərq əyalətlərində ölənlərin sayı 90-ı keçib. ABŞ Helene qasırğası ilə mübarizə aparır.

Florida sahillərini təxminən 225 kilometr sürətlə vuran Helene qasırğasının mənfi təsirləri davam edir.

ÖLƏNLƏRİN SAYI 90-DAN ÖYÜR

Səlahiyyətlilər qasırğanın gətirdiyi güclü külək və yağışların təsirli olduğu Şimali Karolina, Cənubi Karolina, Corciya, Florida və Virciniya ştatlarında ölənlərin sayının 90-ı keçdiyini açıqlayıb.

CNN-in məlumatına görə, səlahiyyətlilər təkcə Şimali Karolinanın Buncombe bölgəsində 600 nəfərin xəbərsiz olduğunu və ştatda 36 nəfərin öldüyünü açıqlayıb.

ABŞ prezidenti Co Baydenin həftə ərzində qasırğadan zərər çəkmiş bölgələrə səfər edəcəyi gözlənilir.

ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, Helene qasırğası Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub. Qasırğa tez bir zamanda Corciya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.

Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.

Prezident Bayden Florida və Şimali Karolinada “fəlakət vəziyyəti” elan etdi və qasırğadan mənfi təsirlənənlərə “federal yardım” əmri verdi.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlarına Fələstinə səyahətlə bağlı xəbərdarlıq etdi

Aynur Camal

DSX 12-ci buraxılışını təntənəli surətdə keçirtdi – FOTO

Aynur Camal

Baş Prokurorluq: “Hacı Şahinin ölümü ilə bağlı cinayət işi açılmayıb, araşdırma aparılır” 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu