25 C
Baku
23 Sentyabr 2026, 12:03
Dünya

ABŞ-da neft emalı zavodunda partlayış baş verdi

ABŞ-ın Texas ştatında yerləşən Port Arthur şəhərindəki Valero neft emalı zavodunda güclü partlayış baş verib.

Məlumata görə, hələlik səbəbi bilinməyən partlayışdan sonra ərazidə yanğın başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub.

Port Arthur Yanğınsöndürmə Departamentinin sözçüsü Antonio Mitchell zavodda qəza baş verdiyini təsdiqləsə də, hadisənin detalları barədə hələlik geniş məlumatın olmadığını bildirib.

Şerif Zena Stephens isə ilkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və ya yaralanan olmadığını açıqlayıb. Onun sözlərinə görə, partlayışın sənaye tipli isitmə qurğusundan qaynaqlandığı ehtimal olunur.

Eyni zamanda, zavodun yaxınlığında yaşayan sakinlərə ehtiyat tədbiri olaraq evlərində qalmaq tövsiyə edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp Danimarka və Qrenlandiya ilə saziş imzaladı: Suverenlik Danimarkada qalır

Aynur Camal

Afrika böyük mobil ödəniş şirkəti London birjasına çıxmağa hazırlaşır

Aynur Camal

Atlantik okeanında mühüm cərəyanın zəiflədiyi aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu