Nicolas Maduro məhkəmə işi, ABŞ məhkəməsi, Maduro həbs xəbəri, Venesuela ABŞ münasibətləri, Donald Trump açıqlaması, Nyu-York məhkəməsi, Venesuela neft ehtiyatları, Rusiya Venesuela dəstəyi.
Dünya

ABŞ-da saxlanılan Nikolas Maduro Venesuela xalqına mesaj göndərdi

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-da saxlanıldığı müddətdə ölkə vətəndaşlarına dua və ümid mesajı göndərib.

Bu barədə onun oğlu, Venesuela Milli Assambleyasının deputatı Nikolas Maduro Guerra sosial şəbəkədə məlumat verib.

O bildirib ki, prezident ölkəsinə iman və ümid dolu mesaj ünvanlayıb.

Maduronun mesajında qeyd olunur: “İsa (s.v.s) deyirdi ki, əgər həqiqətən inansanız və şübhə etməsəniz, hətta dağa belə ‘yerindən qalx və dənizə çəkil’ desəniz, bu baş verə bilər. Yəni, İsa bizə öyrədib ki, əgər insan səmimi şəkildə inanarsa və şübhə etməzsə, ən çətin işlər belə mümkün ola bilər. Qoy bu səmimi iman bizə çətinlik dağlarını aşmağa və onları vətənimiz üçün azad yola çevirməyə kömək etsin”.

Xatırladaq ki, yanvarın 3-də ABŞ qüvvələri Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib və Nikolas Maduro ilə həyat yoldaşı Silvia Floresi saxlayaraq ölkədən çıxarıblar.

Onlar yanvarın 5-də Nyu-York ştatının Cənub dairəsi federal məhkəməsi qarşısına çıxarılıb. ABŞ tərəfi onları narkotik ticarətində iştirakda ittiham edir. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər.

Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini prezidentin səlahiyyətli nümayəndəsi Delsi Rodriges icra edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ səfiri: Tramp diplomatik danışıqlara imkan yaratmaq üçün İrana hücumları dayandırdı

Aynur Camal

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu