25 C
Baku
27 İyul 2024, 4:20
Dünya

ABŞ-da tornado və qasırğalar nəticəsində ölənlərin sayı 23-ə çatıb

ABŞ-ın Texas, Oklahoma, Arkanzas, Kentukki və Alabama ştatlarına təsir edən tornado və qasırğalarda həyatını itirənlərin sayı 23-ə yüksəlib.

Təxminən 2 gündür ABŞ-ın müxtəlif bölgələrində təsirli olan tornado və qasırğaların qurbanları ağırlaşıb. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, güclü külək nəticəsində baş verən qəzalarda həyatını itirənlərin sayı ən azı 23 nəfərə yüksəlib. Texasda 7, Oklahomada 2, Arkanzasda 8, Kentukkidə 5 və Alabamada 1 nəfərin öldüyü təsbit edilərkən, ölkə daxilində davam edən elektrik kəsilməsindən ən az 400 min adamın təsirləndiyi bildirilib.

Səlahiyyətlilər xəbərdarlıq etdi: Milli Hava Xidməti (NWS) Vaşinqton, Şimali Karolina, Virciniya və Merilenddə yaşayan təxminən 16 milyon insan üçün “tornado izləmə xəbərdarlığı” verdi və sakinləri mümkün risklərə qarşı diqqətli olmağa çağırıb. Bundan əlavə, Nyu-York, Pensilvaniya və Nyu Cersidə yaşayan təxminən 30 milyon insan üçün “fırtına xəbərdarlığı” verildi.ABŞ prezidenti Co Bayden qubernatorlarla görüşüb, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Baydenin tornado və qasırğalardan zərər çəkmiş bəzi ştatların qubernatorları ilə telefon danışığı apardığı bildirilib.

Bildirilib ki, Bayden Oklahoma qubernatoru Kevin Stitt, Arkanzas qubernatoru Sarah Hukabi Sanders və Texas qubernatoru Qreq Abbottla danışıb, başsağlığı verib və lazım gələrsə, hökumətin fəlakət bölgələrinə federal dəstək göstərəcəyini bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Britaniya uzaqmənzilli qanadlı raketləri Ukraynaya göndərir

Aynur Camal

Zəlzələ nəticəsində ölənlərin sayı 44 374 nəfərə çatıb

Aynur Camal

Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya uğradı, 20 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu