Ötən gün ABŞ və Ukrayna arasında imzalanan qiymətli metallar sazişindən danışan Ağ Evin sözçüsü Karolin Leavitt, sözügedən mexanizmin əslində vergi ödəyicilərinin Ukraynadakı müharibəni maliyyələşdirmək üçün xərclədikləri yüz milyardlarla dolları geri qaytarmaq üçün yaradıldığını bildirib. Leavitt bildirib ki, bu baxımdan qiymətli metallarla bağlı sövdələşmə ABŞ-a bir ödəmə formasıdır.
Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ və Ukrayna arasında beynəlxalq gündəmdə olan qiymətli metallar sazişi ilə bağlı mətbuat konfransı keçirib. Leavitt müqaviləni “tövründə ilk” adlandırıb və ABŞ prezidenti Donald Trampı “baş müzakirəçi” kimi xarakterizə edib. Razılaşmanın Ukrayna müharibəsində maliyyələşdirilən yüz milyardlarla dolların əvəzi olduğunu deyən Leavitt, sazişin təkcə siyasi deyil, həm də iqtisadi baxımdan tarixi əhəmiyyət daşıdığını bildirib.
“Bu tərəfdaşlıq ABŞ-ın Ukraynanın azad, dinc və suveren gələcəyində iqtisadi marağın olduğunu açıq şəkildə nümayiş etdirir”, – deyə Karolin Leavitt bildirib.
Razılaşmanın təfərrüatlarına toxunan Leavitt, ABŞ-ın Ukraynadakı təbii sərvət layihələrindən əldə edilən qonorar, lisenziya gəlirləri və bənzər ödənişlər əsasında qurulacaq bir fond vasitəsilə yüzdə 50 pay alacağını bildirib. “Tramp bunu əvvəldən açıq şəkildə bildirdi. O, qətlin dayandırılmasını istəyir”, – Leavitt deyib.
Trampın daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller razılaşmanın iqtisadi tərəfinə diqqət çəkib. Miller, bu müqavilənin “vergi ödəyicilərinin Ukraynadakı müharibəni maliyyələşdirmək üçün xərclədikləri yüz milyardlarla dolları geri qaytarmaq” mexanizmi olduğunu söylədi və əlavə etdi: “Bu, ABŞ-ın geri qaytarılmasıdır”.
“MƏQSƏDİMİZ BU PROSESİ TEZ İŞLƏMƏKDİR”
Miller, “Məqsədimiz bu prosesi tez bir zamanda işlək hala gətirməkdir. Təkcə bu müqavilə ilə bağlı deyil, digər mədən layihələrində də eyni qətiyyətlə irəliləyəcəyik” deyərək müqavilənin tətbiqinə ən qısa zamanda başlanacağını açıqlayıb.
“BU TƏŞƏBÜŞ SÜLH ÜÇÜN BÖYÜK ADDIMDIR”
Bildirilib ki, razılaşma sayəsində ABŞ iqtisadi infrastrukturla Ukrayna üzərində təsirini gücləndirəcək və eyni zamanda müharibənin bitməsinə töhfə verəcək. “Bu saziş ABŞ-ın Ukraynada uzunmüddətli iqtisadi uğurları dəstəkləməyə sadiqliyini nümayiş etdirir”, – Leavitt bildirib. “Trampın rəhbərliyi altında bu təşəbbüs sülhə doğru kritik bir addımdır”.
Mənbə: Ahaber