18 C
Baku
16 Mart 2025, 15:57
Müsahibə

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycan-Ermənistan münasibətləri haqqında danışıb

ABŞ dövlət katibi Entoni Blinkinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan mediasına müsahibə verib.

Jurnalist Vəfa Ağabalayevanın suallarını cavablandıran ABŞ rəsmisi, Cozef Bayden administrasiyasının Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün fürsət olduğuna inandığını qeyd edib.

Ötən ilin noyabrda Azərbaycan və Emənistanın baş nazirlərinin Vaşinqtonda sülh üçün bir araya gəldiyini vurğulayan xanım Donfrid eyni zamanda ABŞ-ın öhdəliklərinə sadiq olduğunu da diqqətə çatdırıb.

“Prezident Bayden, dövlət katibi Blinken, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan daxil olmaqla hər kəs, Azərbaycanla Ermənistanın bu fürsətin əldən verməməsi üçün hər şeyi etməyə hazırdır. Bildiyiniz kimi, dövlət katibi 7 noyabr tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirlərini sülh müqaviləsində irəliləyişin əldə olunmasına dair danışıqların təşviqi üçün Vaşinqtonda qəbul etdi. Biz bu mövzuya fokuslanmağa davam edirik. Düşünürük ki, bu yalnız Azərbaycan və Ermənistan üçün yox, həm də hər iki ölkənin gələcək nəsilləri üçün çox vacib mövzudur. Çünki, biz hər iki ölkə üçün gələcəyi dəyişirik və bunun bizləri daha yaxşı gələcəyə aparacağına inanırıq”- deyə K.Donfrid qeyd edib.

Doktor Donfrid sülh prosesinə verdiyi töhfələrə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Müsahibədə həmçinin Rusiya-Ukrayna müharibəsinə və İranın terrorçu ölkə olaraq öz əməllərinə davam etməsinə toxunulub.

Oxşar xəbərlər

Deputat Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdi

Nigar Məmmədova

Ertələmə sindromundan necə xilas olaq?-MÜSAHİBƏ+ÖZƏL

Nigar Məmmədova

Arzu Nağıyev siyasi proseslərə şərh verib

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu