ABŞ dövlət katibi Antoni Blinken işğal altındakı İordan çayının qərb sahilində İsrail tərəfindən başından vurularaq öldürülən Türkiyə əsilli ABŞ vətəndaşı Ayşenur Ezgi Eygi ilə bağlı açıqlama verib.
“Heç kim etiraz aksiyasında iştirak etdiyinə görə öldürülməməlidir” Blinken deyib.
Qəzzaya düşən bombaların atəşi işğal altındakı İordan çayının qərb sahilinə də keçib. Qırğınlarına davam edən İsrail qüvvələri bir müddət əvvəl Türkiyə əsilli ABŞ vətəndaşı Ayşenur Ezgi Eygi İordan çayının qərb sahilində ağacın altında dayanarkən başından atəş açaraq öldürmüşdü. Snayperin gülləsinə tuş gələn gənc qızı bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb.
Blinken bunun ”ədalətsiz və əsassız” olduğunu əlavə edib.
Digər tərəfdən Ayşenur Ezgi üçün İsraildən açıqlama gəldi. İsrail Müdafiə Qüvvələri (IDF) Ayşenur Ezgi Eyginin ölümü ilə bağlı ilk araşdırmanın nəticələrinə diqqət çəkərək, Eyginin “böyük ehtimalla” İsrail ordusunun birbaşa və istəmədən açdığı atəş nəticəsində öldüyünü bildirib.
İsrail Müdafiə Qüvvələri İsrailin yarılma tələb etdiyini və “Ayşenur Ezgi Eyginin ölümünə görə dərin təəssüf hissi keçirdiyini” bildirib.
İordan çayının qərb sahilində keçirilən dinc nümayiş zamanı iştirakçılara atəş açan İsrail əsgərləri, fələstinlilərə dəstək üçün nümayişə qatılan və ABŞ vətəndaşı olan Eygi başından güllə ilə vurularaq ağır yaralanıb. Fələstin xəstəxanasına aparılan Eygi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Eygi, Fələstin torpaqlarının İsrail tərəfindən işğalına qarşı dinc və sivil üsullarla fələstinlilərə dəstək verən insan haqları müdafiəçisi və Beynəlxalq Həmrəylik Hərəkatının (İSM) könüllüsü idi.
Mənbə: TGRT