Image default
Dünya

ABŞ Hindistana raket satışını təsdiqlədi

ABŞ Dövlət Departamenti Hindistana GPS ilə idarə olunan Excalibur artilleriya mərmilərinin və əlaqəli avadanlıqların təxminən 47,1 milyon dollar dəyərində, Javelin Raket Sisteminin isə təxminən 45,7 milyon dollar dəyərində satışını təsdiqləyib.

ABŞ Müdafiə Nazirliyinin bir bölməsi olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) Hindistana silah satışı ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ Dövlət Departamenti Hindistana təxminən 45,7 milyon dollar dəyərində Javelin Raket Sistemi və təxminən 47,1 milyon dollar dəyərində GPS ilə idarə olunan Excalibur artilleriya mərmiləri və əlaqəli avadanlıqlar satmaq qərarına gəlib.

Bəyanatda vurğulanıb ki, bu qərar ABŞ-Hindistan strateji münasibətlərini gücləndirəcək və raket sistemləri Hindistanın “mövcud və gələcək təhdidlərlə mübarizə aparmaq, daxili müdafiəsini gücləndirmək və regional təhdidlərin qarşısını almaq” qabiliyyətini artıracaq.

Bu arada, DSCA başqa bir yazılı açıqlamasında ABŞ Dövlət Departamentinin Yaponiyaya təxminən 82 milyon dollar dəyərində sursat və əlaqəli avadanlıqların satışını təsdiqlədiyini bildirib.

Konqresə göndərilən silah satışı təsdiqləri üçün 15 günlük etiraz müddəti var. Bu müddət ərzində heç bir etiraz alınmazsa, silah satışı davam etdirilir.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Şəkərsiz içkilər: Yay istisində qazlı içkilərin əvəzinə nə içmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu