Dünya

ABŞ-ı tornado vurdu: Çoxlu ölü

ABŞ-ın Oklahoma və Ayova ştatlarında baş verən tornadolar həyatı iflic edib. Təbii fəlakət nəticəsində biri körpə olmaqla azı 5 nəfər ölüb. ABŞ son bir neçə gündür təsirli olan şiddətli tufan və tornadolarla mübarizə aparır. Nebraska, Oklahoma və Ayova ştatlarında həyat iflic olub…

Günlərdir təsirli olan fırtına səbəbiylə bəzi şəhərlərdə böyük dağıntılar yaşanıb. Oklahoma səlahiyyətliləri tərəfindən edilən şərhdə bildirilib ki, Holdenvildə 4 aylıq körpə də daxil olmaqla ümumilikdə 2 nəfər, Marietta şəhərində isə dövlətlərarası avtomobil yolunda bir nəfər ölüb.

Ştatda fövqəladə vəziyyət elan edən Oklahoma qubernatoru Kevin Stitt dünən Murray qraflığının Kükürd qəsəbəsində bir nəfərin öldüyünü açıqlayıb. Ən azı 100 nəfərin xəsarət aldığı ştatda 24 mindən çox insan işıqsız qalıb.

Ayova ştatının Minden şəhərində cümə günü baş verən tornadoda xəsarət alan bir nəfərin öldüyü bildirilib.

Fəlakət bölgələrində axtarış və zərərin qiymətləndirilməsi işləri davam edərkən, köçkünlər üçün sığınacaq obyektləri yaradılıb. Federal Fövqəladə Halların İdarə Olunması Agentliyi Oklahomada ən azı 16 evin dağıldığını açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rumıniyada 5,2 bal maqnitudalı zəlzələ olub

Aynur Camal

Yücel Karauz: “Bu nifrət cinayətləri gələcəkdə Avropanın başına bəla olacaq”

Bugün TV

Stoltenberq: “Ukrayna daha çox gözləyə bilməz, təcili yardıma ehtiyacı var”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu