27 C
Baku
27 İyun 2025, 20:37
Baş xəbərDünya

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutuldu

Dekabrın 8-də səhər saatlarında Bağdadın “Yaşıl zona”sında yerləşən ABŞ səfirliyinə 10-a yaxın raket atılıb.

Bugun.tv xəbər verir ki, indiyədək heç bir qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib.

“Yaşıl zona” Bağdadda hökumət binalarının və bir sıra səfirliklərin yerləşdiyi xüsusi mühafizə olunan ərazidir.

Bir müddət öncə İraqın hökumət başçısı Məhəmməd əl-Sudani İsrail və HƏMAS arasında döyüşlərin bərpası fonunda ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. O bildirib ki, Bağdad beynəlxalq koalisiyadan olan hərbi məsləhətçilərin təhlükəsizliyini təmin etməyə hazırdır.

Son zamanlar ABŞ-ın İraqdakı hərbi bazaları fələstinlilərə dəstək nümayiş etdirən silahlı qruplaşmalar tərəfindən atəşə tutulur. ABŞ ordusu isə buna cavab olaraq həmin qruplaşmaların mövqelərinə zərbələr endirir.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi

Aynur Camal

Sumqayıtda azyaşlıya şiddət göstərildi

Kəmalə Sultan

İstanbul bəndlərində suyun səviyyəsi qorxulu həddə çatdı – FOTOLAR

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu