Digər

Danimarkada Quranın yandırılması qadağan edildi

Danimarka parlamenti Quranın və digər müqəddəs kitabların ictimai şəkildə təhqir edilməsini qadağan edən Qanuna dəyişiklik edib.

Bugun.tv  xəbər verir ki, qərardan əvvəl İsveçin mövqeyinin bəzi millət vəkilləri tərəfindən nümunə kimi göstərildiyi iclasda üç saatdan çox davam edən müzakirələr aparılıb.

“İndi hesab 1:0 islamçıların xeyrinədir”, – deyə Danimarka demokratları partiyasının lideri İnger Stoyberq bildirib.

O, bir sıra digər müxalif siyasətçilərlə birlikdə, Qanunun dəyişdirilməsi ilə Danimarkanın bu ölkənin dəyərlərini bölüşməyən insanlar və ölkələr tərəfindən təhdid altında fəaliyyət göstərdiyini hesab edir.

Danimarkanın üçpartiyalı hökuməti avqust ayında “ictimai yerlərdə dini kitablarla uyğunsuz rəftar” adlandırdığı hərəkətlərin qadağan olunması təklifi ilə çıxış edib. Səbəb Danimarkada Quranın yandırılması olub ki, bu da ölkədə təhlükəsizliklə bağlı vəziyyəti daha da pisləşdirib. Müzakirələrdən sonra Qanun 94 lehinə və 77 əleyhinə səslə qəbul edildi. Zala toplaşanlar arasında həm İsveçdə, həm də Danimarkada Quranı yandırmaqla məşhur ifrat sağçı siyasətçi Rasmus Poludan da olub.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu