25 C
Baku
27 İyul 2024, 5:04
Dünya

ABŞ-ın keçən il silah satışı 238 milyard dollara çatdı

Bugun.tv “BBC”ə istinadən xəbər verir ki, 2023-cü ildə ABŞ-ın xarici ölkələrə silah satışı diqqətəlayiq səviyyəyə çatıb. XİN-nin oktyabr ayında bitən maliyyə ili üçün hökumətə hazırladığı hesabatda ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib. Ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.

Polşa 30 milyard dollar dəyərində silah alıb. Ən böyük silah alan ölkələrdən birinə çevrilib. 12 milyard dollar dəyərində Apache helikopterləri alan Polşa HIMARS reaktiv yaylım atəş sistemi üçün 10 milyard dollar. M1A1 Abrams tankları üçün isə 3,75 milyard dollar ödəyib. Hava və raketdən müdafiə döyüş sistemlərinə 4 milyard dollar xərcləyib. Baş nazir Donald Tusk Polşanı “Avropanın ən güclü quru dövləti” etmək məqsədi daşıyan əvvəlki hökumətin hərbi modernləşdirmə proqramını davam etdirməyi öhdəsinə götürüb.

ABŞ-ın silah satışları, Ukrayna müharibəsi səbəbindən uzun illər Vaşinqtondan sonra ikinci ən böyük silah satıcısı olan Moskvadan uzaqlaşan ölkələrlə artıb.

Almaniya Chinook tipli helikopterlərə 8,5 milyard dollar xərcləyib.

Bolqarıstan Stryker tipli zirehli maşınlar üçün 1,5 milyard dollar ödəyib. Norveç 1 milyard dollar dəyərində çoxfunksiyalı helikopterlər alıb. Çexiya 5,6 milyard dollara F-35 döyüş təyyarələri və sursat alıb. Cənubi Koreya F-35 təyyarələri üçün 5 milyard dollar ödəyib. Cənubi Koreya F-35 döyüş təyyarələri üçün 5 milyard dollar ödəyib. Avstraliya C130J-30 Super Hercules tipli təyyarələr üçün 6,3 milyard dollar xərcləyib. Yaponiya həmçinin E-2D Hawkeye tipli müşahidə təyyarəsi üçün 1 milyard dollarlıq razılaşma əldə edib.

Mənbə trthaber

Müxbir Qaytən Qasımzadə

İntizar Əmirova

Oxşar xəbərlər

Çin koronavirusun mənşəyinin öyrənilməsinə mane olur

Aynur Əfəndi Zadə

Meşə yanğınlarında 36 nəfər öldü

Bugün TV

Bir evə hücum nəticəsində 9 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu