13 C
Baku
22 Aprel 2026, 14:17
DünyaSiyasət

ABŞ-ın Rusiyaya sanksiyaları yetərli deyil..

“Rusiyanın Ukraynanın mülki infrastrukturuna qarşı ballistik raketlərlə kütləvi hücumu daha da genişlənir. Görünür, V. Putin Ukrayna qoşunlarının müqaviməti sayəsində qoşunlarının irəliləyişlər əldə etməməsindən belə bir kütləvi hücuma əmr verib. Amma, qarşılıqlı olaraq Ukrayna Rusiyanın iri şəhərlərində neft emalı zavodlarına və enerji infrastrukturuna Neptun və Flamingo raketləri ilə güclü zərbələr endirir”.

Bugun.tv– xəbər verir ki,  bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında yazıb.

Ekspert bildirib ki, Rusiyanın ötən gün Kiyevə hücumuna cavab olaraq Ukraynanın Moskvaya hücum edəcəyi mümkündür. ABŞ -la Rusiya danışıqları baş tutmur. Çünki, Rusiya öz mövqeyindən və ilkin tələblərindən qismən geri çəkilsə də, Ukraynanın onun nəzarətinə verilməsini tələb edir. Ukraynanın Rusiyanın orbitinə geçməsi isə, Şərqi Avropanın Rusiyanın nəzarətinə keçməsi deməkdir.

Qərblə Rusiya arasında diplomatik danışıqlar baş tutmadığından hərbi əməliyyatlar intensiv şəkildə davam edəcək. Rusiyanısanksiyalar ilə deyil, Ukraynaya hərbi dəstəyi artırmaqla, yeni ballistik raketlər verməklə məğlub etmək olar. Ona görə də Qərbin sanksiyalar paketi effektli deyil. Nə qədər ki, Ukraynanın hava məkanı bağlanmır və yetərincə PATRİOT və ballistik raketlər verilməyincə sürünən müharibə davam edəcək. Rusiyanı yalnız cəbhə xəttində məğlub etmək və qoşunlarını Ukraynadan vurub çıxarmayınca, Qərbə qarşı təhdidlərini davam etdirəcək.

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu