Bugun.tv xəbər verir ki, ABŞ-İran müharibəsi və Hörmüz boğazında enerji daşımalarının pozulması Avropa və Asiya ölkələrini bərpa olunan enerji mənbələrinə daha sürətlə keçməyə vadar edir.
Reuters-in məlumatına görə, enerji böhranı hökumətləri günəş və digər alternativ enerji layihələrinə investisiyaları artırmağa sövq edir. Beynəlxalq Enerji Agentliyi bu il bərpa olunan enerjinin dünyanın əsas elektrik mənbəyinə çevriləcəyini gözləyir.
Xüsusilə günəş enerjisinin inkişafında artım müşahidə olunur. Filippin, Avstraliya və Avropa İttifaqında yeni layihələrin sürətləndirilməsi planlaşdırılır.
Lakin enerji böhranı bəzi ölkələri kömürdən istifadəyə də məcbur edir. Reuters bildirir ki, 2026-cı ildə kömürlə işləyən elektrik enerjisi istehsalının da artacağı gözlənilir.
Yüksək yanacaq qiymətləri elektrik avtomobillərinə marağı da artırır. Çin və Avropa bu sahədə əsas bazarlardan biri olaraq qalır.
Mənbə: Reuters
