25 C
Baku
27 İyul 2024, 3:51
Dünya

“ABŞ İran prezidentinin ölümünə yas tutmur”

ABŞ rəsmi başsağlığı versə də, İran prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı yas saxlamır. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqresin Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edib.

“Biz onun ölümünə yas tutmuruq”  – deyib.

Dövlət Departamentinin Rəisinin ölümü ilə bağlı başsağlığı verdiyinə diqqət çəkən senator Ted Kruzun fikrincə Blinken belə cavab verib. Kruz eyni zamanda BMT-nin Cenevrədəki mənzil-qərargahında İran prezidentinin ölümü ilə əlaqədar matəm əlaməti olaraq bayraqların yarıya qədər endirilməsini biabırçılıq adlandırıb.

“Biz bunu qətiliklə etməyəcəyik” – ABŞ dövlət katibi vurğulayıb.

Senator həmçinin Blinkendən Raisinin ölümündən sonra “dünyanın daha yaxşı yer olduğuna” inanıb-inanmadığını soruşub.

“Onun hakim və prezident kimi dəhşətli əməllərini və artıq bu işlərə qarışa bilməyəcəyini nəzərə alsaq, bəli. İran xalqı yəqin ki, daha yaxşı vəziyyətdədir” – deyə xarici siyasət idarəsinin rəisi bildirib.

Öz növbəsində senator Con Barrasso da Dövlət Departamentini başsağlığına görə tənqid edərək, qərarı şokedici adlandırıb və bunu “dəhşətli səhv” kimi xarakterizə edib.

“Rəsmi başsağlığı verdik, dövlətlər hər zaman düşmənlər və ya qeyri düşmən liderləri itirdikdə belə edir. Biz də həmçinin” – Blinken buna cavab verdi.

Mayın 20-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ administrasiyasının İran prezidentinin ölümü ilə bağlı başsağlığı verməsini “standart təcrübə” adlandırıb.

Mənbə: EaDaily.Com

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-dan Tayvana silah satışı

Teymur Əziz

Casus balina bu dəfə İsveç sahillərində göründü

Aynur Camal

Finlandiya Rusiya Federasiyası ilə sərhədi bağlı saxlamaq niyyətindədir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu