Baş xəbərDünya

ABŞ-İran razılaşmasına İsrail mane olmağa çalışır – Məhəmməd Əsədullazadə

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə ABŞ və İran arasında əldə olunan razılaşma ilə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, ABŞ və İran arasında əldə olunan razılaşma Tehran tərəfindən İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalanıb. Onun sözlərinə görə, Qalibaf əvvəllər ABŞ-a qarşı sərt bəyanatlar versə də, son nəticədə Vaşinqtonla aparılan danışıqlarda iştirak edib və əldə olunan razılaşmanı dəstəkləyib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə İran rəsmilərinin qapalı görüşlərdə güzəştlərə hazır olduqlarını, ictimai açıqlamalarda isə fərqli mövqe nümayiş etdirdiklərini bildirib. Ekspertin fikrincə, son hadisələr Trampın bu iddialarını təsdiqləyib.

Siyasi şərhçi vurğulayıb ki, ABŞ və İran arasında əldə olunan razılaşmadan ən çox narazı qalan tərəf İsraildir. Onun sözlərinə görə, İsrail İranın uranın zənginləşdirilməsi proqramından imtina etməsini tələb edirdi və Tehran bu tələbi qəbul edib. Buna baxmayaraq, İsrailin hərbi-siyasi rəhbərliyi bölgədə gərginliyin davam etməsində maraqlı görünür.

Əsədullazadə hesab edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu razılaşmaya qarşı siyasətini davam etdirərsə, gələcəkdə siyasi mövqelərini itirə və müxtəlif hüquqi araşdırmalarla üzləşə bilər.

Ekspert həmçinin bildirib ki, ABŞ və İran arasında əldə olunan anlaşma Tehranın qələbəsi kimi qiymətləndirilə bilməz. Onun fikrincə, İran müharibə dövründə ciddi hərbi və iqtisadi itkilərlə üzləşib. Bununla yanaşı, İran hakimiyyəti mövcud siyasi sistemi qoruyub saxladığı üçün bunu öz uğuru kimi təqdim edir.

Paylaşımda qeyd olunub ki, tərəflər arasında enerji, iqtisadiyyat və investisiya sahələrində yeni əməkdaşlıq layihələrinin hazırlanması nəzərdə tutulur. Əsədullazadənin fikrincə, ABŞ-ın İranın neft-qaz sektoruna investisiya yatırması və iqtisadi əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

İsrail mediası: İran ABŞ-ı güzəştə məcbur edə bildi

Aynur Camal

Tramp: İranın zənginləşdirilmiş uranını götürmək yox, məhv etmək istəyirik

Aynur Camal

ABŞ Avstraliyada yeni hərbi logistika mərkəzi yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu