DünyaSiyasət

ABŞ İranda çoxsaylı hədəflərə zərbələr endirdi

Bugun.tv xəbər verir ki, ABŞ İran ərazisində yerləşən bir sıra hədəflərə qarşı hərbi əməliyyata başlayıb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın göstərişi ilə həyata keçirilir və Vaşinqton bunu “özünümüdafiə hüququ” çərçivəsində atılan addım kimi qiymətləndirir. Hədəfə alınan obyektlərin dəqiq siyahısı açıqlanmayıb.

Hücumlar ABŞ-a məxsus hərbi helikopterin Hörmüz boğazı üzərində İran tərəfindən vurulmasından sonra başlayıb. Prezident Tramp hadisəyə cavab veriləcəyini bildirərək, ABŞ qüvvələrinə qarşı hücumun cavabsız qalmayacağını vurğulayıb.

ABŞ müdafiə naziri Pit Heqset də İranın hərəkətlərinə sərt cavab veriləcəyini bəyan edib. Onun sözlərinə görə, Vaşinqton öz hərbi imkanlarından istifadə etməkdə tərəddüd etməyəcək.

İran mediasının yaydığı məlumata görə, ölkənin cənubunda İran və ABŞ hərbi dəniz qüvvələri arasında qarşıdurmalar yaşanıb. Eyni zamanda, ABŞ zərbələrindən sonra Tehran və Fars əyalətində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

İranın Hörmüzgan əyalətinin Sirik və Minab şəhərlərində, həmçinin Keşm və Həngam adalarında partlayış səslərinin eşidildiyi bildirilir. Liman şəhəri Bəndər-Abbasda da bir neçə partlayış qeydə alınıb.

İran dövlət televiziyasının məlumatına görə, Minab şəhərinin Korgan qəsəbəsində baş verən hücum nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyi qeyd olunur.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Razılaşma imzalanmasa, yenidən zərbə endirəcəyik

Aynur Camal

ABŞ-da günəş enerjisi ilk dəfə kömürdən daha çox elektrik istehsal edib

Aynur Camal

Neft qiymətləri İran-ABŞ gərginliyi fonunda kəskin yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu