Dünya

ABŞ İrandan sülh istəyir? Yaxın Şərqdə müharibə fonunda yeni iddialar

Yaxın Şərqdə davam edən müharibə fonunda ABŞ və İran arasında mümkün gizli danışıqlarla bağlı iddialar yayılıb. Xarici mənbələrə görə, Vaşinqton artıq münaqişənin ağır nəticələrini nəzərə alaraq vəziyyətdən çıxış yolları axtarır.

İsrail mediasında yer alan məlumatlara əsasən, ABŞ və İran arasında məhdud çərçivədə danışıqlar aparıldığı iddia olunur. Bildirilir ki, bu proses barədə hətta Ağ Ev daxilində belə yalnız dar çevrə məlumatlıdır. Lakin Tehran rəsmi olaraq hər hansı danışıqları təkzib edir.

Məlumatlarda qeyd olunur ki, ABŞ administrasiyasında bəzi dairələr müharibənin davam etməsinin siyasi və iqtisadi baxımdan ciddi risklər yaratdığını düşünərək, onun tezliklə dayandırılmasını istəyir. Digər tərəfdən, Pentaqonun regiona əlavə qüvvələr göndərməkdə davam etdiyi bildirilir.

Eyni zamanda, Hörmüz boğazının blokadası qlobal enerji bazarına ciddi təsir göstərərək bir sıra ölkələrdə yanacaq çatışmazlığına səbəb olub. Bəzi ölkələrdə yanacaq satışına məhdudiyyətlər tətbiq edildiyi qeyd olunur.

Bununla yanaşı, tərəflər arasında qarşılıqlı hücumlar davam edir və münaqişənin uzanmasının həm region, həm də dünya üçün daha böyük problemlər yaradacağı vurğulanır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu