Dünya

ABŞ İsrailə yeni bombalar göndərib

Bugun.tv xəbər verir ki, ABŞ İsrailə on minlərlə silah və artilleriya mərmisi, eləcə də böyük bunker bombaları verib.

The Wall Street Journal qəzetinin məlumatına görə, ABŞ rəsmiləri, təxminən 15 min bomba və 57 min top mərmisi də daxil olmaqla silah daşınmasının 7 oktyabr hücumundan qısa müddət sonra başladığını və son günlərdə də davam etdiyini bildirib.

ABŞ rəsmilərinin qəzetə açıqladığı ABŞ-ın İsrailə göndərdiyi sursat siyahısında 5 mindən çox MK82 bomba, 5 min 400-dən çox MK84 döyüş başlığı bombası, 1000-ə yaxın GBU-39 kiçik diametrli bomba və sair qeyd olunub.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu