Dünya

ABŞ kəşfiyyatı: Ukraynanın yüksək güclü elektrik stansiyalarını təmir etməsi üçün ən azı bir il lazım olacaq

ABŞ hərbi kəşfiyyatı Ukraynada Rusiyanın zərbələri nəticəsində zədələnmiş yüksək güclü elektrik stansiyalarının bərpasının ən azı bir il çəkə biləcəyini hesab edir.

TASS xəbər verir ki, bu barədə Pentaqon, ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri tərəfindən hazırlanaraq Konqresə təqdim edilən hesabatda bildirilir.

2026-cı il aprelin 1-dən iyunun 30-dək olan dövrü əhatə edən sənədə əsasən, Müdafiə Kəşfiyyat Agentliyinin qiymətləndirməsinə görə, Ukrayna zədələnmiş yarımstansiyaların əksəriyyətini təxminən 6 ay ərzində, yüksək güclü elektrik stansiyalarını isə ən azı 1 il ərzində bərpa edə bilər.

Hesabatda qeyd olunur ki, real təmir müddəti Rusiyanın enerji obyektlərinə bundan sonra vuracağı zərərin miqyasından və təmir üçün lazımi avadanlıqların Ukraynaya tərəfdaş ölkələr tərəfindən nə dərəcədə təmin edilməsindən asılı olacaq. Sənəddə konkret olaraq hansı enerji obyektlərinin nəzərdə tutulduğu açıqlanmayıb.

Hesabat dövründə ABŞ Dövlət Departamentinin Ukraynada ümumi dəyəri 1 milyard dollar olan 12 enerji proqramı həyata keçirdiyi bildirilib.

Bundan başqa, iyun ayına olan məlumata görə, Ukraynaya qeyri-hərbi yardım göstərən 115-dən çox aktiv ABŞ proqramı fəaliyyət göstərib. Dövlət Departamentinin ümumi dəyəri 3,5 milyard dollar olan proqramlarının 65 faizindən çoxu humanitar və enerji yardımına yönəldilib.

Mənbə: TASS⁠

Aynur Camal

Oxşar xəbərlər

Xorvatiyada meşə yanğını turizm şəhərinə çatıb: 36 nəfər yaralandı

Aynur Camal

“ABŞ İranla dəniz blokadasını qeyri-müəyyən müddət davam etdirə bilər”

Aynur Camal

Ukraynada enerji böhranı qışda böyük şəhərləri yaşanmaz hala sala bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu