21 C
Baku
15 Sentyabr 2025, 16:53
DünyaSiyasət

ABŞ Kemp Devid Sammiti ilə Asiya-Sakit okeanda Çinə qarşı əməkdaşlığı gücləndirir

Bugun.tv xəbər verir ki, ABŞ, Cənubi Koreya və Yaponiya liderləri Merilend əyalətində keçirilən üçtərəfli sammitdən sonra yaydıqları birgə bəyanatda təhlükəsizlik və iqtisadi əlaqələri genişləndirmək barədə razılığa gəldiklərini açıqlayıblar.

“Biz Yaponiya, Koreya Respublikası və ABŞ liderləri üçtərəfli tərəfdaşlığın yeni dövrünü açmaq üçün Kemp-Deviddə toplaşmışıq. Biz bunu ölkələrimiz və vətəndaşlarımız üçün unikal imkanlar zamanında edirik. Bu tarixdə dönüş nöqtəsidir. Biz bunu geosiyasi rəqabətin, iqlim böhranının, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin və nüvə təxribatlarının bizi sınaqdan keçirdiyi bir vaxtda edirik”, – deyə bəyanatda deyilir.

ABŞ prezidenti Co Bayden, Cənubi Koreya prezidenti Yoon Suk-yeol və Yaponiyanın baş naziri Kişida Fumionun bir araya gəldiyi və daha sonra elan edilən razılaşma 3 ölkənin Çin və Şimali Koreya ilə əlaqələrinin getdikcə daha da artdığı bir vaxtda baş tutub.

Liderlər təhlükəsizlik tərəfdaşlığını dərinləşdirməklə yanaşı, iqtisadi və texnologiya sahələrində güclü əməkdaşlığın qurulmasına diqqəti davam etdirəcəklərini vurğulayıblar.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Böyük Britaniyanın Baş naziri Starmer: Putin yenidən hücum etmək üçün atəşkəsdən istifadə edəcək

Aynur Camal

Müalicəvi xüsusiyyətləri ilə diqqət çəkən 5 bitki

Aynur Camal

Lenovo, ekranın altında veb kamerası olan dünyanın ilk noutbukunu təqdim etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu