Baş xəbərSosial

Covid-19-un yeni variantı “BA.2.86” Böyük Britaniyada da aşkar edildi

Bugun.tv xəbər verir ki, Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) Covid-19-un yeni variantı olan “BA.2.86″nın İsrail və Danimarkadan sonra İngiltərədə də görüldüyünü açıqlayıb.

UKHSA-dan verilən açıqlamada, Omicron variantının bir növü olaraq ortaya çıxan yeni virus görüldüyü ifadə edildi.

Açıqlamada bildirilib ki, “BA.2.86” Omicron-dan genomik cəhətdən daha uzaqdır və hazırda mövcud variantlarla daha çox mutasiyaya malikdir.

Səyahət tarixi olmayan bir insanda bu virusun görünməsinin ölkə daxilində yoluxmaya işarə etdiyi bildirilən açıqlamada, yeni variantın xüsusiyyətləri və şiddəti ilə bağlı hələlik kifayət qədər məlumatın olmadığı qeyd edilib. “Böyük Britaniyada təsdiqlənmiş bir hal var. UKHSA hazırda ətraflı qiymətləndirmə aparır və vaxtı gələndə daha çox məlumat verəcək”, – UKHSA-nın vitse-prezidenti Meera Çand deyib.

Bugün TV

Oxşar xəbərlər

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Günəşli tərəfə baxan mənzillərdə istidən necə qorunmaq olar? – Mütəxəssislərdən 10 məsləhət

Aynur Camal

Vüqar Bayramov: Bakıda dəyişkən iş qrafikinin tətbiqi gözlənilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu