Baş xəbərHadisə

ABŞ Kuk adalarını və Niueni rəsmən tanıyacaq

Bugun.tv xəbər verir ki, ABŞ Sakit okeandakı Kuk adaları və Niue adalarını suveren və müstəqil dövlətlər kimi tanıyacaq və bu ölkələrlə diplomatik əlaqələr quracaq.

ABŞ-ın Kuk adaları ilə İkinci Dünya Müharibəsindən bəri uzun bir əməkdaşlıq tarixi olduğunu bildirən Bayden, bu ölkə ilə əlaqələrin qurulmasının qeyri-qanuni və qeydə alınmayan balıq ovu və iqlim dəyişikliyi ilə mübarizəyə, iqtisadi artıma, iqtisadi inkişafa və yeni adaların yaradılmasına töhfə verəcəyini söyləyib.

Bayden, Niuenin Sakit Okeanda, o cümlədən regionun davamlı inkişafı, təhlükəsizliyi, dəniz və okeanların qorunması da daxil olmaqla, kritik və konstruktiv rol oynadığını bildirib. ABŞ prezidenti iqlim böhranı və iqtisadiyyat kimi sahələrdə Niue ilə diplomatik əlaqələrin qurulmasının töhfələrinə diqqət çəkib.

Bugün TV

Oxşar xəbərlər

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Pezeşkianla SEPAH arasında qarşıdurma dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu