Dünya

ABŞ mətbuatı: Rusiya ordusunun Xarkova daxil olması Ukraynanı atəşkəsə vadar edə bilər!

ABŞ mediasının aparıcı qəzetlərindən olan New York Times (NYT) Rusiya ordusunun Xarkova girməsinin Ukraynanı atəşkəsə vadar edəcəyini yazıb.

Rusiya prezidenti Vladimir Putinin hərbi əmri ilə başlayan Ukraynaya işğal cəhdi 2 ildən çox şiddətli qarşıdurmalarla davam edərkən, ABŞ mediasından diqqətçəkən bir iddia gəldi. New York Times (NYT) yazıb ki, Rusiya ordusu Xarkova daxil olarsa, Ukrayna atəşkəsi qəbul etməli olacaq.

Xəbərdə “Rusiya qoşunları Xarkova hücum edərsə, ukraynalıların və onların müttəfiqlərinin mənəviyyatının tamamilə məhv ola biləcəyi” qeyd edilib və bu bəyanatlar səsləndirilib.

”İki il yüz minlərlə itki və milyardlarla dollardan sonra onlarda elə bir təəssürat yarana bilər ki, çox az şey dəyişib.

”NYT-nin məlumatına görə, bu vəziyyət Rusiya ilə atəşkəs danışıqları aparmaq üçün Ukrayna administrasiyasına təzyiqi artıracaq.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi mayın 11-də Xarkov ətrafında əhalinin sıx məskunlaşdığı bəzi ərazilərin ələ keçirildiyini açıqlayıb. Regiondakı qondarma hərbi-mülki administrasiyanın rəhbəri Vitali Qançev iddia edib ki, “Ukrayna qoşunları Xarkov yaxınlığında yerləşdirilib, lakin onlar Rusiya qüvvələrinin hücumu qarşısında geri çəkilməli olublar”.

Mənbə: TGRT

Teymur Əziz

Oxşar xəbərlər

Gürcüstan daha bir müharibəyə tab gətirə bilməz – Baş nazir

Aynur Camal

Dmitri Medvedevin “Twitter”dəki paylaşımı blok edildi

Nigar Məmmədova

Yol qəzasında 2 nəfər öldü, 2-si yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu