Dünya

ABŞ Macarıstan və Slovakiya ilə nüvə əməkdaşlığına dair sazişlər imzalayıb

ABŞ nüvə sazişi, Macarıstan ABŞ əməkdaşlığı, Slovakiya ABŞ razılaşması, nüvə enerji layihəsi, yeni nüvə stansiyası, Mərkəzi Avropa enerji təhlükəsizliyi, Marko Rubio səfəri, ABŞ Dövlət Departamenti, nüvə reaktor layihəsi, enerji təhlükəsizliyi, sənaye potensialı, süni intellekt texnologiyaları, regional təhlükəsizlik, ABŞ Avropa siyasəti, nüvə texnologiyaları

ABŞ-ın Macarıstan və Slovakiya hökumətləri ilə nüvə enerji sahəsində əməkdaşlığı nəzərdə tutan sazişlər imzaladığı və bununla regiondakı təhlükəsizlik maraqlarını gücləndirməyi hədəflədiyi açıqlanıb.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, 15-16 fevral tarixlərində Slovakiya və Macarıstana rəsmi səfər edən ABŞ dövlət katibi Marko Rubionun görüşləri çərçivəsində bu razılaşmalar əldə olunub.

Açıqlamada bildirilib ki, ABŞ nüvə enerji texnologiyalarından istifadə etməklə Mərkəzi Avropada yeni nüvə elektrik stansiyalarının inşası və regionun təhlükəsizlik maraqlarının möhkəmləndirilməsi istiqamətində “konkret addımlar” atır.

Məlumatda qeyd olunub ki, bu təşəbbüslər regionun enerji təhlükəsizliyinin yaxşılaşdırılması, sənaye potensialının artırılması və süni intellekt kimi inkişaf edən texnologiyalar sahəsində rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədlərinə xidmət edir.

Slovakiya ilə ABŞ arasında imzalanan sazişin reaktor layihəsinin ilkin tikinti mərhələsinin başlanmasına yönəldiyi vurğulanıb. Macarıstanla imzalanan razılaşmanın isə iki ölkə arasında nüvə əməkdaşlığının genişlənməsinə şərait yaradacağı bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Zelenski: Rusiya təcrid olunub və tək qalıb

Aynur Camal

BMT xəbərdarlıq edir: Son 10 ildə dəniz səviyyəsinin qalxma sürəti iki dəfə artıb

Aynur Camal

Trump: İran Hörmüz boğazında patrul edən helikopterimizi vurub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu