ABŞ mediası iddia edib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) minlərlə ABŞ hərbçisinin Şərqi Avropadan çıxarılması təklifini nəzərdən keçirir.
ABŞ-ın NBC News kanalı altı ABŞ və Avropa rəsmisinə istinadən xəbər verib ki, Pentaqon yüksək rütbəli rəsmiləri 10 min ABŞ əsgərinin Şərqi Avropadan çıxarılması təklifini dəyərləndirir.
Sözügedən əsgərlərin 2022-ci ildə Rusiyanın işğalından sonra Ukrayna sərhədindəki ölkələrin müdafiəsini gücləndirmək üçün Co Bayden administrasiyası tərəfindən bölgəyə göndərilən 20 min personal arasında olduğu bildirilib.
Avropalı rəsmilər bildiriblər ki, Pentaqon bu təklifi irəli sürərsə, bu, ABŞ-ın Rusiyanı artan təhlükə olaraq görən Avropadakı müttəfiqlərini tərk edəcəyi ilə bağlı narahatlıqları gücləndirəcək.
Avropada 80 min ABŞ əsgərinin olduğu bildirilir.
Mənbə: HurriYet