11 C
Baku
26 Mart 2025, 18:00
Baş xəbərDünya

ABŞ “Meksika körfəzi” üçün “Amerika Körfəzi” adından istifadə etməyə başladı

ABŞ Sahil Mühafizəsi (USCG) və Florida ştatı, Donald Trampın dəstəklədiyi yeni adlandırmaya uyğun olaraq Meksika körfəzini Amerika Körfəzi kimi adlandırmağa başladı. Lakin hələlik rayonun adı rəsmi olaraq dəyişdirilməyib.

Trump vəzifəyə gəldikdən sonra imzaladığı bir sıra icra sərəncamlarından sonra USCG çərşənbə axşamı günü müxtəlif bölgələrə əlavə təhlükəsizlik elementlərinin yerləşdiriləcəyini açıqladı.

Açıqlamada “Texas və Meksika arasındakı dəniz sərhədi Amerika Körfəzidir” ifadəsi işlədilib. Eynilə, Florida qubernatoru Ron DeSantis, bazar ertəsi qış fırtınası ilə bağlı rəsmi sərəncamında, aşağı təzyiq sisteminin “Amerika Körfəzi” üzərindən keçdiyini bildirdi.

USCG və Florida-nın bu ifadədən istifadə etməsi, Trampın vəzifəyə gələn kimi imzaladığı və dəniz hövzəsinin adının dəyişdirilməsinin “Amerikanın böyüklüyünə hörmət” edəcəyini iddia edən sərəncamla üst-üstə düşür.

“Prezident Tramp hökumətdə sağlam düşüncəni bərpa edir və Amerika sivilizasiyasının əsaslarını canlandırır”, – deyə fərmanda deyilir. Həmçinin, “Əvvəllər Meksika körfəzi kimi tanınan bölgə bir vaxtlar sürətlə böyüyən millətimiz üçün vacib bir sərvət idi və Amerikanın silinməz bir hissəsi olaraq qalır” deyib.

 “Meksika körfəzi” ifadələri rəsmi qeydlərdən silinəcək

Fərmana əsasən, Daxili İşlər Naziri 30 gün ərzində bu 617,800 kvadrat mil (təxminən 1,6 milyon km²) dəniz hövzəsinin adını dəyişdirmək üçün “bütün lazımi addımları atmağa” borcludur.

ABŞ Geoloji Tədqiqat Xidmətinin (USGS) tərkibindəki Coğrafi Adlar Məlumat Sistemi (GNIS) də yenilənməli və “Meksika körfəzi” ifadələri rəsmi qeydlərdən silinməlidir.

Dəyişikliklər rəsmi sənədlərdə edilə bilər, lakin beynəlxalq səviyyədə məcburi deyil.

Beynəlxalq dəniz ərazilərinin adlandırılması ilə bağlı heç bir məcburi protokol yoxdur. Buna görə də Trampın fərmanında ABŞ daxilində rəsmi sənədlərdə ad dəyişikliyi nəzərdə tutulsa da, digər ölkələr bu dəyişikliyi qəbul etməyə borclu deyillər.

ABŞ Geoloji Adlar Şurası bildirir ki, o, “məcburi səbəb olmadıqda” adların dəyişdirilməsini təşviq etmir. Qurumun verdiyi açıqlamada deyilir: “Əgər adın dəyişdirilməsi yalnız onun tarixi istifadəsini düzəltmək və ya bərpa etmək məqsədi daşıyırsa, bu tək başına kafi səbəb deyil”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Naməlum kişi meyiti aşkar edildi

Kəmalə Sultan

Millət vəkili şəhid ailəsini ziyarət etdi

Aynur Camal

Əlilliyi olan qadınların dövlət xidmətlərinə çıxışının yaxşılaşdırılması məsədi ilə dəyimi masa keçirilib

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu