Baş xəbərDünya

ABŞ pilotsuz hərbi kosmik gəmini orbitə çıxartdı

ABŞ Silahlı Qüvvələrinin X-37B pilotsuz kosmik gəmisi NASA-nın Kennedi Kosmik Mərkəzindən SpaceX kompaniyasının Falcon Heavy raketi ilə orbitə çıxarılıb.

Bugun.tv Associated Press agentliyinə istinadla xəbər verir ki, bu, Amerikanın ən məxfi kosmik gəmisinin 2010-cu ildəki debütündən bəri yeddinci uçuşudur. O, orbitdə ümumilikdə 10 ildən çox fəaliyyət göstərib.

İndiyədək ən uzun sürən son uçuş iki il yarım davam edib.

Kosmik Qüvvələrin rəsmiləri orbital gəminin fəzada nə qədər qalacağını və göyərtəsində nə olduğunu açıqlamayıblar.

Aynur Camal

Oxşar xəbərlər

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu