18 C
Baku
16 Mart 2025, 16:02
Dünya

ABŞ prezidenti Donald Trampdan NATO ölkələrinə ÜDM çağırışı!

ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda (WEF) çıxış edib. Rusiya-Ukrayna müharibəsindən Qəzzadakı hadisələrə qədər bir çox mühüm mövzuda açıqlamalar verən Tramp NATO ölkələrinə də müraciət edib. Tramp, “Bütün NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5 faizi qədər artırmalarını xahiş edəcəyəm ki, bu, illər əvvəl olması lazım idi”.

ABŞ prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda çıxış edib. “Deyə bilərəm ki, Rusiya və Ukrayna arasında sülh razılaşmasına nail olmaq üçün səylərimiz davam edir”, – Tramp bildirib. Ukrayna razılaşmaya hazırdır. “Mən burada başa düşməyinizi istəyirəm ki, bu, heç vaxt başlamamalı olan bir müharibədir” deyib.

ABŞ prezidenti Tramp Qəzza zolağında atəşkəsə toxunaraq, “Mənim komandam vəzifəyə başlamazdan əvvəl Yaxın Şərqdə biz olmasaydıq, baş tutmayacaq atəşkəs razılaşması üçün danışıqlar aparmışdı” deyib. NATO ölkələrinə müraciət edən Tramp, “Bütün NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5 faizi qədər artırmalarını xahiş edəcəyəm ki, bu illər əvvəl olması lazım olan bir səviyyə idi”.

 “O, ABŞ-la ÇOX PİS rəftar edir”

Tramp həmçinin “Avropa İttifaqı ABŞ-la çox pis davranır” deyib.Trampın çıxışlarından diqqət çəkən məqamlar bunlardır:

“Mən tezliklə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi çox istərdim.

Kanada ilə böyük ticarət kəsirimiz var və bu daha davam edə bilməz. “Bizim dövlətimiz olsanız, ticarət kəsirimiz olmayacaq”.

Bildirilib ki, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında keçirilən görüşdə Yaxın Şərqdə sabitlik və iki ölkə arasında iqtisadi əməkdaşlıq mövzuları müzakirə olunub.

Trampla bin Salman arasında dünənki telefon danışığı ilə bağlı Ağ Evdən yazılı açıqlama verilib. Bəyanatda qeyd olunub ki, görüş zamanı ABŞ və Səudiyyə Ərəbistanı arasında növbəti dörd il üçün iqtisadi əməkdaşlıq, eləcə də Yaxın Şərqdə sabitliyin təmin edilməsi, regional təhlükəsizliyin gücləndirilməsi və terrorizmlə mübarizə səyləri ilə bağlı mövzular dəyərləndirilib.

Dünən ABŞ mətbuatında çıxan xəbərlərdə Trampla görüşən vəliəhd bin Salmanın “ABŞ-a 600 milyard dollar sərmayə yatırmaq” vizyonunu ifadə etdiyi bildirilib.

Bundan əlavə, ABŞ prezidenti Donald Tramp bir vaxtlar birlikdə işlədiyi keçmiş dövlət katibi Mayk Pompeonun təhlükəsizlik mühafizəsini ləğv edib.

Amerikanın “New York Times” (NYT) qəzetinin mövzu ilə bağlı 4 mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Tramp bəzi keçmiş diplomatların mühafizəçilərini işdən çıxarıb. Tramp vəzifələrinə görə keçmiş dövlət katibi Pompeo və İran üzrə keçmiş xüsusi nümayəndə Brayan Huk da daxil olmaqla bir çox keçmiş diplomata verilən təhlükəsizlik müdafiə hüquqlarını ləğv edib.

Xəbərdə hələ də İran təhlükəsinə məruz qaldığı iddia edilən insanlara verilən təhlükəsizlik mühafizələrinin götürülməsinin təəccüb doğurduğu bildirilib. Digər tərəfdən Tramp 21 yanvarda keçmiş Milli Təhlükəsizlik müşaviri Con Boltona verilən Gizli Xidmət mühafizəsini aradan qaldırdı və mövzu ilə bağlı verdiyi açıqlamada Boltonun bu qoruma hüququndan kifayət qədər faydalandığını müdafiə etdi.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Aİ 7 üzv ölkə üçün “büdcə intizamı prosesi”ni başlatdı

Sevinc Sadıqova

Universitetinin tələbələri cəzalandırıldı 

Kəmalə Sultan

Ölkənin ən təhlükəli məhbusları qaçdı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu