26 C
Baku
27 Sentyabr 2023, 16:19
DünyaSiyasət

ABŞ Prezidenti konqresi silah zorakılığına qarşı tədbir görməyə çağırdı

Co Bayden

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Co Bayden ticarət mərkəzləri, bazarlar, kinoteatrlar, ibadət yerləri və uşaqları silah zorakılığından qorumaq öz əllərində olduğunu bildirib. “Ancaq Konqres hərəkətə keçməlidir”, – deyib.

Keçən il ərzində 40 min amerikalının silah zorakılığının qurbanı olduğunu qeyd edən Bayden, son dövrün ən mühüm silah təhlükəsizliyi qanununu imzaladığını vurğulayıb. “Konqresdəki Respublikaçılar uşaqlarımızı siniflərdəki silah zorakılığından qorumaq əvəzinə, silah istehsalçılarını məsuliyyətdən qorumağa diqqət yetirirlər”.

Bayden bəyan edib ki, Amerikada silahlar uşaqları öldürməyə davam etsə də, Konqresdəki respublikaçıları razı salmaq çox çətin olmamalıdır və əyalət qanunvericiləri hərəkətə keçməlidir.

Mənbə: TRT Haber

Şərh yazın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu