20 C
Baku
16 Sentyabr 2025, 12:55
DünyaHadisə

ABŞ rusiyalı dissident Navalnının zəhərlənməsində əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edib

Bugun.tv xəbər verir ki, ABŞ administrasiyası rusiyalı dissident Aleksey Navalnının zəhərlənməsində əli olan 4 nəfərə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) 3 il əvvəl Navalnının zəhərlənməsinə görə Rusiyanın məsuliyyət daşıması üçün bir daha hərəkətə keçdiyi açıqlanıb.

Navalnının 2021-ci ilin yanvarında Rusiyaya qayıdarkən həbs olunduğunu xatırladan bəyanatda onun avqustun 4-də “ekstremizm” ittihamı ilə 19 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Bəyanatda OFAC-ın Navalnının zəhərlənməsində əli olan Aleksey Aleksandrov, Konstantin Kudryavtsev, İvan Osipov və Vladimir Panyayevə qarşı sanksiyalar tətbiq edəcəyi qeyd olunub.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Banksy-nin son əsəri bəzilərini narahat etdi: Silinəcək!

Aynur Camal

Torpaq sürüşməsində 22 nəfər öldü – FOTOLAR

Bugün TV

“Ulduz gəmisi” raketi sınaq uçuşundan əvvəl partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu